2025-ci ilin yanvar ayında Azərbaycanda qida məhsullarının istehsalı 492,9 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,7% çoxdur. Daylinews-Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ən böyük artım şəkər, makaron məmulatları və meyvə şirələrinin istehsalında qeydə alınıb.
Əsas istehsal göstəriciləri:
- Şəkər, qum şəkəri – 22,9 min ton (7,4 dəfə artım)
- Makaron məmulatları – 1 193,0 ton (3,6 dəfə artım)
- Meyvə şirələri – 395,4 min dekalitr (+63,5%)
- Qida duzu – 7,2 min ton (+10,8%)
- Marqarin – 5 174,4 ton (+10,6%)
- Kolbasa məmulatları – 2 454,8 ton (+7%)
- Bitki yağları (maye) – 3 959,9 ton (+5,7%)
- Kərə yağı – 2 194,9 ton (+4,6%)
- Konzervləşdirilmiş meyvə və tərəvəzlər – 12 454,7 ton (+3,8%)
- Xama və qaymaq – 766,1 ton (+0,9%)
- Pendirlər və kəsmik – 4 347,3 ton (+0,1%)
Xüsusilə şəkər istehsalı sahəsində ciddi artım müşahidə olunub – istehsal 7,4 dəfə çoxalıb. Makaron məhsullarının istehsalı 3,6 dəfə, meyvə şirələrinin istehsalı isə 63,5% artıb.
Mütəxəssislər istehsal həcminin artmasını aqrar sektora qoyulan investisiyaların çoxalması, istehsal gücünün genişlənməsi və Azərbaycan məhsullarının ixracının artması ilə əlaqələndirirlər.





