EvTurizmAzərbaycanda qış turizm mövsümü rəsmən başladı

Azərbaycanda qış turizm mövsümü rəsmən başladı

Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzində 18-19 dekabr tarixlərində qış turizm mövsümünün açılışı münasibətilə media nümayəndələrinə iki günlük tədbir təşkil edilib. Tədbirin əsas məqsədi qış turizminin propagandası, mərkəzin mövsümə hazırlığı və qonaqlara təklif olunan xidmətlərin, infrastruktur yeniliklərinin tanıtılmasıdır. Jurnalistlərə kompleksdə aparılan yenidənqurma işləri və 2025-ci il fəaliyyəti haqqında video-təqdimat nümayiş etdirilib.

İnfrastruktur yenilikləri və idman tədbirləri

“Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov qeyd edib ki, 2025-ci ilin 1 yanvarından 15 dekabrına qədər mərkəzə 300 mindən çox ziyarətçi səfər edib. Genişləndirmənin beşinci mərhələsində mövsüm sonuna qədər 2 yeni lift bazası, 76 qar generatoru, 7070 metr uzunluqlu xizək yamaçları, 150 min kubmetr su anbarı və 26-cı kanat xətti istifadəyə verilməsi planlaşdırılır. Bu layihələr xizək infrastrukturunu beynəlxalq səviyyəyə qaldıracaq.

Rüstəm Nəcəfov vurğulayıb: “2026-cı il qış mövsümündə Şahdağ Dağ Xizəyi üzrə Azərbaycan Çempionatına, Xizək Alpinizmi üzrə Avropa Çempionatına və Dünya Kubokuna, habelə Mogul üzrə Dünya Kubokunun finalına ev sahibliyi edəcək”. Kompleksdə 500 nəfərlik FIS stadionunun tikintisi tamamlanıb, 2025-ci ilin yanvarında ISMF Dağ Xizəyi Dünya Kuboku keçirilib və 26 ölkədən 130 idmançı iştirak edib.

Media turnu çərçivəsində jurnalistlər xizək və snoubord avadanlıqları, kanat yolları, attraksionlar və qış əyləncələri ilə tanış olub, il boyu xizək simulyatorlarından istifadə ediblər. Şahdağda hazırda 15 kanat xətti, 37 yamaç (45 km uzunluqda), 6 konveyer yol, 600 qar generatoru, 40 əyləncə növü və 64 iaşə obyekti fəaliyyət göstərir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər