EvTexnologiyalarAzərbaycanda süni intellektin inkişafı üçün ilk milli standartlar qəbul edilib

Azərbaycanda süni intellektin inkişafı üçün ilk milli standartlar qəbul edilib

Azərbaycanda süni intellekt (AI) sahəsinin inkişafı istiqamətində milli strategiya çərçivəsində dörd əsas standart tətbiq olunub. Bu yeniliklər barədə məlumat Bakıda təşkil olunan StrategEast: Dövlət və İnformasiya Texnologiyaları Avrasiya Forumu 2025-in açılış mərasimində İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin kommersiya direktoru Salar İmaməliyev tərəfindən verilib.

S. İmaməliyevin sözlərinə görə, 2025-2028-ci illəri əhatə edən “Azərbaycan Respublikasının Süni İntellekt Strategiyası” hökumət tərəfindən təsdiqlənib. Bu strategiya davamlı süni intellekt ekosisteminin qurulması üçün əhatəli yol xəritəsi təqdim edir və əsas məqsədləri arasında lazımi infrastrukturun yaradılması, insan resurslarının inkişaf etdirilməsi, həmçinin süni intellektin iqtisadiyyata və cəmiyyətə fayda verməsinin təmin edilməsi durur.

O bildirib ki, artıq beynəlxalq bazarın təhlili aparılıb, qiymətləndirmə metodları qlobal standartlarla uzlaşdırılıb və Rəqəmsal Məcəllə ilə əlaqələndirilib. Tətbiq edilən dörd standart artıq ölkənin sosial rifahına xidmət edir.

Salar İmaməliyev əlavə edib ki, süni intellektin tətbiqini sürətləndirmək məqsədilə xüsusi Süni İntellekt Akademiyası yaradılıb. Bu qurum strategiyanın həyata keçirilməsində vacib rol oynayır və qabaqcıl beynəlxalq təcrübələri ölkəyə gətirmək üçün yaradılıb. Akademiyada tədris proqramları MIT, Stanford, Harvard və Carnegie Mellon kimi dünya universitetlərinin səviyyəsinə uyğun hazırlanır.

Bununla yanaşı, İRİA-nın nümayəndəsi vurğulayıb ki, mövcud sistem artıq istifadəçilərə 98 faiz dəqiqliklə etibarlı və hüquqi cəhətdən düzgün cavablar təqdim edir və gündəlik həyata geniş şəkildə inteqrasiya olunmağa hazırdır.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər