EvHadisəZəfər Günü münasibətilə Bakı, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçında hərbi yürüşlər...

Zəfər Günü münasibətilə Bakı, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçında hərbi yürüşlər təşkil olunacaq

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təsdiqlədiyi tədbirlər planına əsasən, Zəfər Gününün beşinci ildönümü münasibətilə Bakı, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə təntənəli yürüşlər keçiriləcək.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hərbi qulluqçular noyabrın 6-da saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş həyata keçirəcəklər:

Bakı şəhərində:

  • Şəhidlər Xiyabanı – Alov Qüllələri Kompleksi – İçərişəhər metrosu – Qala Qapısı – Azərbaycan Dövlət Kukla Teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli;
  • Q.Musabəyov parkı – Əbdürrəhim Bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər Xiyabanı;
  • Olimpik Star İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İ.Nəsimi heykəli – Neftçilər prospekti.

Sumqayıt şəhərində yürüş Dənizkənarı Bulvar boyunca təşkil olunacaq.

Naxçıvan şəhərində tədbir Dilqəm Pişəvəri, Əziz Əliyev küçələri və Heydər Əliyev prospektinin kəsişməsindən başlayaraq “Zəfər Parkı”na qədər davam edəcək.

Xankəndi, Şuşa və Laçın şəhərlərində də əsas küçə və prospektlər boyunca hərbi yürüşlər keçiriləcək.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər