Ölkə üzrə un istehsalçılarının topdansatış məntəqələrində bu günə olan qiymətlər məlum olub. 50 kiloqramlıq un kisəsinin satış qiyməti regiondan asılı olaraq dəyişir.
Daylinews-az.com-un Report-a istinadla verdiyi xəbərə görə, bu barədə məlumat Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən verilib.
Bildirilir ki:
– Ölkə üzrə ən ucuz topdansatış qiymət Şabran rayonunda qeydə alınıb – 25,8 manat
– Ən yüksək qiymət isə Gəncə şəhərində müşahidə olunub – 28 manat
Bakıda və Abşeron rayonunda qiymətlər 26,5 – 27,3 manat arasında dəyişir. Ümumilikdə, topdansatış qiymətləri hazırda 25,8 – 28 manat aralığındadır.
Qeyd edək ki, iyulun 10-da da ölkədə unun topdansatış qiymətləri eyni səviyyədə olub. Bu da göstərir ki, qısa müddətdə bazarda ciddi qiymət dəyişiklikləri müşahidə olunmayıb.





