Yaxın zamanda Azərbaycanda Türkmənistanın mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulur. Bu barədə məlumat Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov tərəfindən oktyabrın 7-də Qəbələdə təşkil olunan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə verilib.
Berdiməhəmmədov qeyd edib ki, iki ölkə xalçacılıq sahəsində əməkdaşlığı genişləndirmək istiqamətində fəal fəaliyyət göstərir. Həmçinin, Azərbaycanın məşhur Qarabağ atları ilə yanaşı, Türkmənistanın qədim atçılıq mədəniyyəti, xüsusilə Axaltəkə atlarının yenidən canlandırılması üçün səylər davam etdirilir.
O vurğulayıb ki, Türkmənistan TDT üzv ölkələri ilə əlaqələrin inkişafında həmişə aktiv iştirak etməyə, yüksək səviyyədə əməkdaşlıq qurmağa hazırdır.





