2025-ci ilin ilk rübündə Azərbaycandan İspaniya iqtisadiyyatına yatırılan birbaşa investisiyaların həcmi kəskin artım göstərib.
Daylinews-az.com-un Azərbaycan Mərkəzi Bankına istinadla yaydığı məlumata görə, bu dövrdə İspaniyaya yönəldilən birbaşa investisiyalar 20 milyon 896 min ABŞ dollarına çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2.6 dəfə və ya 12.9 milyon dollar çoxdur.
Hesabat dövründə İspaniyadan Azərbaycana yatırılan birbaşa investisiyaların həcmi isə 1 milyon 80 min ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2025-ci ilin I rübündə ümumilikdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların ümumi məbləği 315 milyon 116 min dollar olub. Eyni zamanda, Azərbaycana daxil olan birbaşa xarici investisiyaların həcmi 1 milyard 519 milyon ABŞ dollarına bərabər olub.





