İran və İsrail arasında baş verən qarşılıqlı hücumlara baxmayaraq, Azərbaycanın bu ölkələrdəki diplomatik nümayəndəlikləri fəaliyyətini davam etdirir.
Daylinews-az.com-un sorğusuna cavab olaraq, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Azərbaycanın İrandakı və İsraildəki səfirlikləri, həmçinin Təbrizdəki Baş Konsulluq fəaliyyət göstərməkdə davam edir.
Ayxan Hacızadə həmçinin qeyd edib ki, qarşılıqlı hərbi əməliyyatlar nəticəsində Azərbaycan vətəndaşları arasında ölən və ya yaralanan şəxslərlə bağlı nazirliyə heç bir məlumat daxil olmayıb.





