2025-ci il mayın 13-də İsveçrənin Bazel şəhərində 69-cu Beynəlxalq “Avroviziya” Mahnı Müsabiqəsi başlayacaq.
Azərbaycanın təmsilçisi birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Bu barədə Eurovision.tv-nin rəsmi səhifəsi məlumat yayıb. Yarışın ev sahibi olan İsveçin Malmö şəhəri, təşkilatçılıq vəzifəsini İsveçrəyə təhvil verən rəsmi mərasim zamanı yarımfinal püşkatması da keçirilib.
Azərbaycanın rəqibləri arasında Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç, Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Niderland, Norveç və San-Marino iştirak edəcək.
Hələlik Azərbaycanın “Avroviziya-2025″də hansı müğənni tərəfindən təmsil olunacağı açıqlanmayıb.
Xatırladaq ki, ötən il İsveçdə baş tutan “Avroviziya-2024″də İsveçrə təmsilçisi Nemo “The Code” mahnısı ilə qalib olmuşdu.





