Azərbaycanın daha bir boksçusu, Əli Abdullayev (63,5 kq), Monteneqronun Budva şəhərində keçirilən gənclər arasında dünya birinciliyində finala vəsiqə qazanıb.
Daylinews-az.com xəbər verir ki, yarımfinalda fransalı Camel Cemmala ilə qarşılaşan Abdullayev 4:1 hesabı ilə qələbə qazanıb. Yarımfinalda digər boksçularımızdan Zidan Hümbətov (51 kq) Castin Morenaya (Kolumbiya) 1:4 hesabı ilə, Məhəmmədəli Qasımzadə (60 kq) isə Platon Kozlova (Rusiya) 0:5 hesabı ilə məğlub olaraq bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, Azərbaycanın digər boksçusu Bilalhəbaşi Nəzərov (48 kq) da finala vəsiqə qazanıb və həlledici döyüşdə iştirak edəcək.