7 C
Baku
Cümə axşamı, Dekabr 5, 2024
EvSiyasətPrezident İlham Əliyev: Azərbaycan-Əlcəzair Əlaqələrinin Genişlənməsinə Xüsusi Önəm Veririk

Prezident İlham Əliyev: Azərbaycan-Əlcəzair Əlaqələrinin Genişlənməsinə Xüsusi Önəm Veririk

Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı olan İnqilab Gününün 70-ci ildönümü münasibətilə Əlcəzair Prezidenti Abdelmacid Tebbuna təbrik məktubu göndərib.

Dövlət başçısının təbrikində deyilir:

“1954-cü ilin 1 noyabr günü qardaş Əlcəzair xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi əbədi olaraq həkk olunmuş, müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilmişdir. Bir əsrdən artıq davam edən amansız müstəmləkəçilik siyasətinə, misli görünməmiş zorakılığa, insanlıq əleyhinə və müharibə cinayətlərinə məruz qalmasına baxmayaraq xalqınız heç bir zaman müstəqillik əzmini itirməmiş, böyük fədakarlığı, cəsarəti ilə, Vətən uğrunda canlarını fəda edən milyonlarla şəhidinin canı və qanı bahasına azadlığını əldə etmişdir.”

Prezident Əliyev Azərbaycan və Əlcəzair arasında əlaqələrin möhkəmlənməsi və daha da genişlənməsinə xüsusi önəm verdiyini vurğulayıb:

“Hazırda Azərbaycan-Əlcəzair münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur. Biz bu əlaqələrin daha da genişlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın yeni məzmunla zənginləşməsinə xüsusi önəm veririk.

Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətlərini möhkəmləndirmək, qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.”

Sonda Prezident İlham Əliyev əlcəzairli həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, Əlcəzair xalqına isə sülh və rifah arzulayıb.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər