EvİqtisadiyyatAzərbaycanın dövlət borcunun ümumi məbləği bəlli olub

Azərbaycanın dövlət borcunun ümumi məbləği bəlli olub

Cari ilin iyul ayının 1-nə Azərbaycanın dövlət borcu (daxili və xarici dövlət borcu) 25 milyard 695.6 milyon manat həcmində olub.

daylinews-az.com istinadən bildirir ki, bu haqda Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, bu, proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 19.6 faizinə bərabərdir.

Ümumi dövlət borcunun 8.518,2 milyon manatı (5.010,7 milyon ABŞ dolları) və ya 33.2 faizi xarici dövlət borcunun, 17.177,4 milyon manatı və ya 66.8 faizi daxili dövlət borcunun payına düşür.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər