Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi zərbələr nəticəsində 31 nəfər həlak olub, 159 nəfər yaralanıb.
daylinews-az.com-nın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz “X” hesabında bildirib.
Onun sözlərinə görə, təkcə iyul ayında Rusiya 5100-dən çox planyorlu bombalarla, 3800-dən çox “Şahed” dronu və müxtəlif tipli təxminən 260 raketlə Ukraynaya hücum edib.
Zelenski Rusiyaya qarşı sanksiyaların effektiv olduğunu və müharibənin dayandırılması üçün bu sanksiyaların gücləndirilməli olduğunu vurğulayıb.






