Daxili İşlər Nazirliyi bu həftəsonu keçiriləcək “Formula-1 Azərbaycan Qran Prisi” zamanı fan-zonaya gətirilməsi qadağan olunan əşyaların siyahısını açıqlayıb. Məqsəd tamaşaçıların təhlükəsizliyi və rahatlığını təmin etməkdir.
Siyahıya daxil olan əsas qadağalar
- Spirtli içkilər, hər növ qida və içki qablaşdırmaları (uşaq qidaları istisna olmaqla)
- Silah, pirotexnika, lazer işıqları və təhlükəli mayelər
- Velosiped, skuterlər, skeytbord və iri çantalar
- 1 metrdən uzun bayraqlar, plakatlar, siyasi və dini şüarlar
- Peşəkar foto-video avadanlıqlar (obyektiv uzunluğu 30 sm-dən çox olan)
- Dronlar, megafon və səs gücləndirici cihazlar
- Heyvanlar (yalnız xidmət heyvanları istisna olmaqla)
Qeyd edək ki, fiziki məhdudiyyətli tamaşaçılar üçün xüsusi istisnalar tətbiq olunacaq.





