EvCəmiyyətBakıda 10 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

Bakıda 10 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

Paytaxtın Xətai rayonunda aparılan təmir işləri ilə əlaqədar 10 nömrəli marşrut üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik ediləcək. Daylinews-Az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yayıb.

Bildirilib ki, Süleyman Vəzirov küçəsində (Mərkəzi bulvardan Babək prospektinə qədər olan hissə) aparılan təmir səbəbindən 10 saylı marşrut avtobusları müvəqqəti olaraq Mərkəzi bulvar küçəsi ilə hərəkət edəcək.

Yol işləri başa çatdıqdan sonra marşrutun əvvəlki sxemi bərpa olunacaq.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər