EvCəmiyyətBakıda 31 nömrəli marşrutun avtobusları müasir modellərlə əvəzlənir

Bakıda 31 nömrəli marşrutun avtobusları müasir modellərlə əvəzlənir

Bakının Badamdar qəsəbəsini Əhməd Cavad (Nizami Bağı) küçəsi ilə birləşdirən 31 nömrəli marşrutda fəaliyyətdə olan bütün avtobuslar yenilənir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, mərhələli şəkildə köhnə avtobuslar 2025-ci il istehsalı olan müasir Çin markalı “Yutong” avtobusları ilə əvəzlənir.

Marşrutda indiyədək olan 4 komfortlu və iri tutumlu avtobusa əlavə olaraq 6 yeni nəqliyyat vasitəsi qatılıb. Beləliklə, xətt üzrə ümumilikdə 10 müasir avtobus sərnişinlərə xidmət göstərəcək. Yeni avtobuslar CNG (sıxılmış təbii qaz) texnologiyası ilə təchiz olunub, bu da ekoloji cəhətdən təmiz nəqliyyat deməkdir.

Dekabrın 2-dən etibarən istifadəyə veriləcək yeni avtobuslarda gediş haqqı 0,60 manat olaraq müəyyən edilib və ödəniş yalnız nağdsız üsulla həyata keçiriləcək. Bu yenilik sərnişinlər üçün rahatlıq və təhlükəsizliyi artırmaq məqsədi daşıyır.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər