Bakı şəhərinin Binə qəsəbəsində faciəvi bir hadisə baş verib.
Daylinews-Az.com xəbər verir ki, Orxan Qurbanov (2000-ci il təvəllüdlü), AzSamand markalı avtomobili idarə edərkən nəzarəti itirib. Nəticədə avtomobil idman zalına daxil olub. Orxan Qurbanov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Bu faktla bağlı cinayət işi açılıb və araşdırmalar aparılır.





