Sabahdan etibarən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bir sıra marşrut xətlərinin fəaliyyətini bərpa edəcək.
“Daylinews-az” agentliyə istinadən xəbər verir ki, hərəkət sxemləri yenilənən marşrutlar bunlardır: 3, 5, 17, 18, 21, 30, 32, 36, 39, 49, 61, 65, 77, 88, 120, 125, 140, 149, 150, 160 və 141E.
118A, 118B, 148, 173A və 173B nömrəli marşrutlar isə “Ulduz” metrostansiyasına qədər müvəqqəti olaraq Balaxanı yolu ilə hərəkət edəcək.
Bundan əlavə, digər müntəzəm marşrut xətlərinin də mərhələli şəkildə bərpası planlaşdırılır.