EvCəmiyyətBakıda çörəyin içindən siqaret kötüyü tapıldı – AQTA araşdırma aparır

Bakıda çörəyin içindən siqaret kötüyü tapıldı – AQTA araşdırma aparır

6 fevral tarixində Sabunçu rayonunun Zabrat qəsəbəsində, Mustafa Məlikov küçəsində yaşayan sakin Y. Məmmədoğlu mağazadan aldığı çörəyi kəsərkən gözlənilməz mənzərə ilə qarşılaşıb. Qarabağ çörək zavodu tərəfindən istehsal edilən və Ruzi mağazasından alınan çörəyin içərisində siqaret kötüyü aşkar edib.

Daylinews-Az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirib ki, hadisə agentliyin regional bölməsi tərəfindən nəzarətə götürülüb.

Hazırda mütəxəssislər tərəfindən müvafiq araşdırma aparılır və nəticələr barədə əlavə məlumat veriləcək.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər