Paytaxtın Binəqədi rayonunda yerləşən qənd istehsal sexində faciəvi hadisə yaşanıb. Sentyabrın 17-si saat 14 radələrində Binəqədi qəsəbəsi ərazisindəki müəssisənin taxta döşəməsi qəfildən çöküb. Hadisə zamanı xadimə işləyən, 1963-cü il təvəllüdlü Bakı şəhər sakini Güllü Hüseyn qızı Qədimalıyeva yıxılaraq vəfat edib.
Müvafiq hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Sexdə tikinti və iş təhlükəsizliyinə dair qaydaların pozulması ehtimalı ilə bağlı mütəxəssislər rəyi gözlənilir.
Fakt üzrə cinayət işi açılıb, araşdırmanın ilkin nəticələri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.





