Bakının mərkəzində, Nəsimi rayonunda yerləşən K. Səfərəliyeva küçəsi 133 ünvanında “McDonald’s Azərbaycan”ın sayca 33-cü restoranı fəaliyyətə başlayıb. Yeni obyekt “Port Baku Mall”un qarşısında yerləşir.
Açılış mərasimində “McDonald’s Azərbaycan” şirkətinin Müşahidə Şurasının sədri Fərid Əlizadə və iş adamı Ramin Hacıyev iştirak ediblər.
Restoran 125 nəfərlik tutuma malikdir və müasir in-store formatında – “Luna” dizayn konsepsiyası əsasında inşa edilib. Bu dizayn funksional planlaşdırma ilə memarlıq üslubunu birləşdirərək ziyarətçilərə rahat mühit yaradır.
Yeni filialda digər restoranlarda olduğu kimi ən son xidmət texnologiyaları tətbiq olunub:
- interaktiv özünəxidmət köşkləri (EOTF),
- masaya sifariş çatdırılması xidməti (“table service”),
- geniş çeşidli qəhvə və desertlər təqdim edən “McCafé”,
- “McDelivery” xidməti ilə evə və ofisə sifariş imkanı.
Restoranın açılışı ilə 75 yeni iş yeri yaradılıb. Hazırda “McDonald’s Azərbaycan” ölkə üzrə 3000-dən çox vətəndaşı işlə təmin edir.
Şirkət artıq 25 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərir və qeyri-neft sektoruna sərmayə qoyan ilk qlobal brendlərdən biridir. “McDonald’s” həmçinin ölkədə yerli istehsalın genişlənməsinə töhfə verir və 100-dən çox yerli podratçı ilə əməkdaşlıq edir. Bu əməkdaşlığa təchizat, logistika, insan resursları, informasiya texnologiyaları, marketinq və digər xidmət sahələri daxildir.





