Bakı şəhərinin Nərimanov rayonunda yerləşən və “Taxta bazarı” kimi tanınan ərazidə yanğın hadisəsi qeydə alınıb.
Daylinews-az.com-un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. Yanğın barədə məlumat daxil olan kimi FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Hadisə zamanı yanğının əhatə etdiyi ərazi qısa müddətdə nəzarət altına alınıb və alovun yayılmasının qarşısı alınıb. FHN-in məlumatına görə, yanğın tam şəkildə söndürülüb.
Hazırda hadisənin səbəbləri araşdırılır.





