Kriptovalyuta bazarının lideri Bitcoin, son sutka ərzində daha 1000 dollar bahalaşaraq yeni tarixi qiymət rekorduna – 120 min dollara çatdı. Bu barədə Daylinews-az.com kriptobirjalara istinadla məlumat yayıb.
Binance platformasının məlumatına görə, hazırda Bitcoin-in dəyəri 119 921 ABŞ dolları təşkil edir. Eyni zamanda, Investing.com-un 08:00-da yaydığı məlumata əsasən, kriptovalyutanın qiyməti artıq 120 750 dolları ötüb.
Bitcoin ardıcıl rekordlar qırır
Son həftələrdə Bitcoin qiymətində ard-arda rekord artımlar qeydə alınır. Belə ki, 13 iyul, bazar günü, BTC-nin qiyməti 119 min dollara yüksəldi, daha sonra isə 118 882 dollara qədər azaldı.
Əvvəlki rekord isə 11 iyul tarixində qeydə alınmışdı.
Qeyd edək ki, may ayında da Bitcoin 109 min dollar səviyyəsinə çataraq o zamankı ən yüksək qiymətini əldə etmişdi.





