Bakının Nizami rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə Cəfər Naxçıvanski küçəsində qeydə alınıb.
Daylinews-Az-ın məlumatına görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğından mühafizə qüvvələri cəlb edilib. Onların operativ müdaxiləsi nəticəsində alov qısa müddət ərzində nəzarət altına alınıb və tamamilə söndürülüb.
Yanğın nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib. Hadisənin başvermə səbəbləri hazırda araşdırılır.





