Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev bəzi məktəb direktorlarının qəbuluna düşməyin çətinliyindən danışıb.
Daylinews-az.com xəbər verir ki, nazir çıxışında bu məsələyə toxunaraq bildirib: “Elə məktəb direktorları var ki, onların qəbuluna düşmək mənim, nazirin qəbuluna düşməkdən daha çətindir.”
Emin Əmrullayev məktəb direktorlarına valideynlərlə münasibətlərində daha şəffaf və açıq olmağı tövsiyə edib: “Direktorlar valideynlərlə birbaşa ünsiyyətdədir və onlara çatdırılan mesajlar çox önəmlidir. Bu mesajların necə çatdırıldığını müzakirə etməliyik və bu prosesi necə yaxşılaşdırmaq mümkün olduğunu düşünməliyik.”