EvİdmanBenfika – Qarabağ: Azərbaycanın ən yaxşı komandasının Çempionlar Liqasındakı startını qaçırma!

Benfika – Qarabağ: Azərbaycanın ən yaxşı komandasının Çempionlar Liqasındakı startını qaçırma!

Xüsusi olaraq sənin üçün «Köhlən Atlıların» ən nüfuzlu Avropa klub turnirinin əsas mərhələsindəki ilk oyununa dair MelBet baxış hazırladıq

Qarşısıalınmaz Qarabağ 

Ağdam təmsilçisi Çempionlar Liqasının seçmə mərhələsində inamlı oyun göstərdi və hücumdakı effektiv çıxışı ilə xoş sürpriz etdi. İkinci raundda «Köhlən Atlılar» İrlandiyanın Şelburn klubunu iki oyunun nəticəsinə görə 4:0 hesabı ilə məğlub etdi, daha sonra isə Şimali Makedoniyanın Şkendiya klubunu darmadağın etdi – iki görüşün nəticəsinə görə 6:1. Ən nüfuzlu Avropa klub turnirinin əsas mərhələsinə aparan son maneə isə Macarıstanın Ferentsvaroş klubu idi. Macarlarla qarşılaşma asan olmadı: səfərdə 3:1 hesablı qələbədən sonra cavab oyununda Qarabağ oyunun nəzarətini itirdi və rəqibə geri dönüş etmək imkanı verdi. Şükür ki, qapıçımız Mateuş Kohalskinin qəhrəmancasına seyvları «Köhləm Atlılara» ümumi üstünlüyü qorumağa (5:4) və turnirin əsas mərhələsinə yüksəlməyə imkan verdi. 

Qarabağın təsirli qol göstəricisini ayrıca qeyd etmək lazımdır. Ağdam komandası 6 oyunda 15 dəfə rəqib qapısına yol tapdı. 

Benfika Mourinyonu istefaya göndərdi

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Benfika Nitsa-nı ümumi hesabda 4:0 məğlub edərək asanlıqla mərhələ adladı. Lakin pley-offda lissabonluları çox çətin sınaq gözləyirdi. «Qartallar» məşhur portuqaliyalı mütəxəssis Joze Mourinyonun başçılıq etdiyi Türkiyənin Fənərbaxça-sı ilə qarşılaşdı. İlk oyun 0:0 hesabı ilə başa çatdı, üstəlik Benfika yarımmüdafiəçi Florentinu Luişin qırmızı vərəqə almasından sonra matçı 10 nəfərlə tamamladı. Cavab görüşündə də gərginlik davam etdi və bu dəfə Fənərbaxça-nın cinah oyunçusu Taliskanı hakem meydandan qovdu.

Qarşıdurmanın taleyini «Qartallar»ın türk legioneri Kerem Aktürkoğlunun vurduğu yeganə qol həll etdi. Onun qolu sayəsində lissabonlular Çempionlar Liqasının əsas mərhələsinə yüksəldi. Matçdan sonra Fənərbaxça rəhbərliyi komandanın baş məşqçisi Joze Mourinyonu istefaya göndərmək qərarına gəldi. Səbəb isə Sarı kanareyka-ların ən nüfuzlu Avropa klub turnirindən kənarda qalması oldu.

Benfika təzyiq göstərəcək, Qarabağ isə öz şansını axtaracaq

Lissabon təmsilçisi avrokuboklarda böyük təcrübəyə malikdir və olduqca təhlükəli rəqib hesab olunur. «Qartallar»ın heyəti ideal şəkildə balanslaşdırılıb və açıq-aşkar zəif nöqtələrdən məhrumdur. Müdafiənin mərkəzində Benfika ən təcrübəli Nikolas Otamendi ilə gənc istedad Antoniu Silva duetinə güvənir. Yarımmüdafiə xəttində kolumbiyalı yeni transfer Riçard Rios fərqlənir, hücumun ən təhlükəli oyunçuları isə vinger Kerem Aktürkoğlu və yunan mərkəz hücumçusu Vangelis Pavlidisdir. 

Doğma azarkeşlərin dəstəyi ilə «Qartallar» əlavə inam qazanacaq və hücuma atılacaq, buna görə də onların hücumlarını saxlamaq Qarabağ üçün heç də asan olmayacaq. «Köhlən Atlılar»ın açar oyunçusu artıq dəfələrlə komandamızı çətin anlarda xilas etmiş qapıçı Mateuş Koxalski ola bilər. Əks-hücumlarda isə Qarabağ Kadi Borjesin dəqiq ötürmələrinə, Abdella Zubir və Leandru Andrade-nin sürətinə, həmçinin Nəriman Axundzadənin qolçuluq istedadına arxalanacaq.   

Kim favoritdir? 

MelBet mütəxəssisləri hesab edirlər ki, Lissabon təmsilçisinin uğur qazanma şansı daha yüksəkdir. Benfika-nın qələbəsinə əmsal 1.24 təşkil edir, Qarabağ-ın mümkün zəfəri isə 11.4 əmsalla qiymətləndirilir. Heç-heçə nəticəsi isə sənin mərcini 5.9 dəfə artıracaq

Benfika-Qarabağ oyunu 16 sentyabrda Lissabonda keçiriləcək və saat 23:00-da başlayacaq. Komandamıza MelBet ilə dəstək ol və etibarlı bukmeker platformasında uğurlu proqnozlar et!

Əlaqəli Məqalələr

Populyar Xəbərlər