20 iyun 2025-ci il tarixində Biləsuvar rayonunun bəzi yaşayış məntəqələrində təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq. Daylinews-az.com xəbər verir ki, bu barədə məlumat Lənkəran Regional Qaz İstismarı İdarəsi tərəfindən verilib. Fasilənin səbəbi — orta təzyiqli qaz xətlərinin kipliyə sınaqdan keçirilməsidir. Bu xətlər aşağıdakı əraziləri qazla təmin edir:
- Xırmandalı və Bəydili kəndlərinin bir hissəsi (Təyyarə meydanı istiqaməti üzrə),
- Muğan və Yuxarı Ağalı kəndləri,
- Təyyarə meydanı və şəhərin bir hissəsi.
Sınaq işləri saat 10:00-da başlayacaq və işlər başa çatanadək qaz verilişi daxildən dayandırılacaq. Ümumilikdə, altı yaşayış məntəqəsində 2200 abonent bu işlərdən təsirlənəcək.





