7 C
Baku
Çərşənbə axşamı, Dekabr 3, 2024
EvŞou biznes"Bir daha Zaurun verilişinə getməyəcəyəm" - Nigar Şabanova

“Bir daha Zaurun verilişinə getməyəcəyəm” – Nigar Şabanova

Əməkdar artist Nigar Şabanova “Rəngarəng” verilişində yaşadığı gərginlikləri açıq şəkildə ifadə edərək bundan sonra aparıcı Zaur Nəbioğlunun heç bir verilişinə qatılmayacağını bildirib.

OLAY yazır ki, Nigar Şabanova bu barədə sosial media hesabında paylaşdığı videoda danışıb. O, aparıcının ona ünvanladığı sualların onun musiqi janrına uyğun olmadığını və buna görə qəzəbləndiyini bildirib.

“Müğənniyə uyğun olmayan suallar vermək yersizdir. Mən bunu açıq şəkildə Zaur Nəbioğluna dedim. Tətildən əvvəl onun bir neçə verilişinə çıxmamışdım, dəvətlərini qəbul etməmişdim. O məni hətta doğum gününə dəvət etdi, amma ora da getmədim. Tətildən sonra isə o, mənə yenidən zəng vurub verilişinə dəvət etdi. Mən də təklifi qəbul etdim, amma verilişə nahaq getdim. Verilişin sonunda başa düşdüm ki, getməyim yanlış idi,” – deyə Nigar Şabanova açıqlayıb.

Müğənni vurğulayıb ki, verilişlərə qatılmadan öncə aparıcılardan xahiş edir ki, ona artıq suallar verməsinlər: “Hər zaman təkid edirəm ki, məndən mənasız suallar soruşulmasın. Mən buna haqqım var və bunu xahiş etməyim də düzgün qəbul edilməlidir. Amma gözləmədiyim bir anda yenidən mənə narahatlıq yaradan suallar verildi.”

Nigar Şabanova, eyni zamanda, illər əvvəl Xalq artisti Mələkxanım Eyubova ilə bağlı yaşadığı mübahisənin təkrar gündəmə gətirilməsindən narazı qalıb: “6-7 il əvvəl bu mövzu artıq müzakirə olunmuşdu. O zaman Mələkxanım Eyubova ilə bağlı müəyyən söz-söhbətlər olmuşdu. İndi yenidən həmin məsələni ortaya çıxarmaq düzgün deyildi. Bu cür davranışla Zaur məndən istədiyini ala bilmədi, amma xoşuma gəlməyən başqa suallar verdi. Bir reytinq uğruna bu qədər təkrarçı və məsuliyyətsiz davranmaq, özünü biabır etməkdir.”

O, verilişin sonunda aparıcıya müraciət edərək bu məsələnin yayılmamasını istədiyini də vurğulayıb: “Veriliş bitəndən sonra Zaur Nəbioğluna dedim ki, mən bu söhbətlərin ictimailəşməsini istəmirəm. Lakin onun verilişdə mənə verdiyi şəxsi sualdan qaçmaq da mənə yaraşmazdı. Amma bu məsələlər düzgün idarə olunmadı və nəticədə mənə qətiyyən xoş olmayan bir vəziyyət yarandı.”

Nigar Şabanova, həmçinin digər həmkarları ilə bağlı verilən sualların da onu narahat etdiyini söyləyib: “Bəzi müğənnilər toylara çıxmaqla öyünürlər. Lakin toy sənət deyil və bu peşəkarlığın göstəricisi ola bilməz. Peşəkarlıq hər kəsin gözləri önündə olan bir keyfiyyətdir. Mən hər kəsə hörmətlə yanaşıram, çünki hamımız toylardan çörək qazanırıq, amma bu, sənət deyil.”

Sonda müğənni vurğulayıb ki, bundan sonra aparıcı Zaur Nəbioğlunun verilişlərində heç vaxt iştirak etməyəcək: “Necə ki, tətildən əvvəl onun verilişlərinə getmirdim, bundan sonra da eyni qərarımı saxlayıram. Zaur reytinq uğruna dostluğu və hörməti qurban verən biridir. Mən ona açıq dedim ki, verdiyi suala mərd xanım kimi cavab verdim, amma bu cür sualları vermək heç də düzgün deyil.”

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər