8 C
Baku
Bazar ertəsi, Dekabr 2, 2024
EvİqtisadiyyatAzərbaycan Dünya Bankı ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edir

Azərbaycan Dünya Bankı ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edir

Azərbaycan Respublikası və Dünya Bankı arasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) növbəti sessiyası çərçivəsində tərəfdaşlıq imkanları müzakirə olunub.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüş zamanı nazir Mikayıl Cabbarov ilə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə dayanıqlı inkişaf direktoru Sameh Naquib Vahba arasında əməkdaşlıq perspektivləri geniş müzakirə mövzusu olub. Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın inkişafı yüksək dəyərləndirilib və birgə həyata keçirilən layihələrin ölkənin iqtisadi şaxələndirilməsinə, özəl sektorun gücləndirilməsinə və infrastruktura töhfələri qeyd olunub. Bununla yanaşı, bərk məişət tullantılarının idarə olunması, kənd təsərrüfatı, bərpa olunan enerji və məşğulluq sahələrində əldə olunan nailiyyətlər vurğulanıb.

Görüşdə, həmçinin Bankla gələcək əməkdaşlıq istiqamətləri, prioritet layihələr və COP29 çərçivəsində tərəfdaşlıq imkanları müzakirə edilib. Xüsusilə “Yaşıl və dayanıqlı şəhərlər” layihəsi çərçivəsində birgə fəaliyyət, Bakının su təchizatı və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi, kənd təsərrüfatında smart texnologiyaların tətbiqi, eləcə də 2025-2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivə sənədinə dair fikir mübadiləsi aparılıb. Bu sənəd Milli Prioritetlərə uyğun texniki yardımı və investisiya proqramlarını əhatə edir.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər