Məktəbli üçün ilk telefon ucuz, dözümlü və valideynlər üçün idarəetməsi rahat olmalıdır. Belə modellər gün ərzində sabit işləmə, tapşırıqlar üçün sadə kamera və valideyn nəzarəti funksiyalarını təmin edir. Daylinews-az.com saytında 2025-ci ildə ibtidai sinif şagirdləri üçün uyğun üç modeli təqdim edib.
Samsung Galaxy A06

Ən sadə “Samsung” — böyük ekran və uzun işləmə müddəti ilə.
- 6,7 düymlük HD displey
- MediaTek Helio G85 prosessoru
- 5000 mAh batareya (bütün məktəb gününə kifayət edir)
- 50 MP ikili kamera — dəftər və lövhə şəkilləri üçün
- İki SIM kart dəstəyi, 1 TB-a qədər yaddaş kartı
- Android 14 və təhlükəsizlik yeniləmələri
Realme C63

Yüngül, sürətli və büdcəli model NFC ilə.
- 6,74 düymlük displey
- Unisoc T612 enerji qənaətli prosessor
- 5000 mAh batareya
- 50 MP əsas kamera
- 2 TB-a qədər microSD kart dəstəyi
- NFC və Android 14
Xiaomi Redmi 14C

Geniş ekranlı, yüksək yeniləmə tezlikli və dözümlü “büdcə” Xiaomi.
- 6,88 düymlük HD+ displey, 120 Hz
- MediaTek Helio G81-Ultra prosessoru
- 5160 mAh batareya, 18 Vt sürətli enerji yığma
- 50 MP əsas kamera — aydın konspet və tapşırıq şəkilləri üçün
- Məktəb gününü və dərsdənkənar məşğələləri problemsiz aparır
- Versiyalarında NFC mövcuddur
Nəticə
On il əvvəl uşaqlar üçün smartfon nadir idi, bu gün isə artıq ibtidai sinif şagirdlərinin belə gündəlik atributuna çevrilib. Valideynlərin seçimi isə çətin olaraq qalır: sadə və təhlükəsiz düyməli telefon, yoxsa geniş imkanlar və risklərə sahib tam funksiyalı smartfon?





