EvİdmanBoris Xetaqurovun “50 il futbolda” kitabı təqdim olundu – yaddaqalan mərasim

Boris Xetaqurovun “50 il futbolda” kitabı təqdim olundu – yaddaqalan mərasim

Azərbaycanın əməkdar həkimi Boris Xetaqurovun uzun illərə söykənən fəaliyyətini əks etdirən “50 il futbolda” adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbir Azərbaycan İdman Akademiyasında təşkil olunub və idman ictimaiyyətinin tanınmış nümayəndələrini bir araya gətirib.

Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, veteran futbolçular və digər qonaqlar iştirak ediblər. Tədbir çərçivəsində əvvəlcə Boris Xetaqurovun yarım əsrlik peşəkar fəaliyyəti barədə geniş məlumat təqdim olunub, onun idman sahəsində gördüyü işləri əks etdirən videoçarx nümayiş etdirilib.

“İdman həkimi deyəndə hamı onu xatırlayır”

Nazir Fərid Qayıbov çıxışında belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. O bildirib ki, veteranların təcrübəsinin gənc nəslə ötürülməsi olduqca vacibdir:

“Belə tədbirlər həm gənclər, həm də veteranlar üçün böyük əhəmiyyət daşıyır. Bu kitabda çox maraqlı hadisələr yer alıb. Boris müəllim uzun illər “Neftçi” kimi böyük klubda çalışıb, milli komandada fəaliyyət göstərib. Bu gün də gənc həkimlərə öz tövsiyələrini verir. İdman həkimi deyəndə ilk yada düşən simalardan biri məhz Boris Xetaqurovdur”.

Qayıbov onun Azərbaycan futboluna və ümumilikdə idmana verdiyi töhfələri yüksək qiymətləndirib və müəllifə təşəkkürünü bildirib.

Veteranlar və idman xadimləri çıxış etdi

Zemfira Meftahətdinova da çıxışında idmanda həkimlərin roluna diqqət çəkib:

“Böyük idmanda zədələr qaçılmazdır. Bu baxımdan həkimlərin rolu çox önəmlidir. Boris müəllimə möhkəm cansağlığı və uzun ömür arzulayıram. Siz gənclər üçün nümunəsiniz”.

Veteran futbolçu və Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev isə Xetaqurovun həyatını futbola həsr etdiyini qeyd edib:

“Bu kitabın ərsəyə gəlməsində dəstək göstərən Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm. Arzum budur ki, Boris müəllim 90 yaşında da növbəti kitabını təqdim etsin”.

Digər tanınmış futbolçu Nazim Süleymanov isə onunla bağlı xatirələrini bölüşərək bildirib:

“O, “Neftçi” ilə birlikdə Azərbaycan futbol tarixində mühüm nailiyyətlər əldə edib. Mən ondan çox şey öyrənmişəm. 2004-cü ildə bir komandada çalışmışıq. Bu gün Azərbaycan idmanı üçün əlamətdar gündür. Boris Xetaqurov öz zəngin təcrübəsini bu kitabda toplayıb”.

Tədbir iştirakçıları qeyd ediblər ki, “50 il futbolda” kitabı təkcə bir həkimin fəaliyyəti deyil, eyni zamanda Azərbaycan futbolunun müxtəlif dövrlərini əks etdirən dəyərli mənbədir.

Boris Xetaqurovun “50 il futbolda” kitabı təqdim olundu – yaddaqalan mərasim
Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər