EvİdmanDieqo Maradonanın həyatı animasiya serialı olaraq ekranlaşdırılacaq

Dieqo Maradonanın həyatı animasiya serialı olaraq ekranlaşdırılacaq

Əfsanəvi argentinalı futbolçu Dieqo Armando Maradonanın həyatı animasiya serialı formatında ekranlara gələcək.
Portuqaliyanın “A Bola” nəşrinə istinadən verdiyi xəbərə görə, layihəni Hindistanın aparıcı animasiya şirkətlərindən biri – “Graphy Stories” və “Biryani Animation Studios” birgə həyata keçirəcək.

Şirkətlər Maradonanının varisləri ilə uzunmüddətli razılaşma əldə edib və personajın bütün kommersiya hüquqlarını alıblar. Serialda Maradonanın uşaqlıq illərindən (Villa Fiorito məhəlləsindəki ilk top vuruşlarından) başlayaraq Argentinos Juniors, Boca Juniors, Napoli, Barcelona klublarındakı parlaq karyerası, 1986-cı il dünya çempionatındakı “Tanrının əli” və “Əsrin qolu” anları, eləcə də şəxsi həyatındakı dramatik hadisələr əks olunacaq.

Layihənin yaradıcıları bildiriblər ki, serial yetkin tamaşaçılara yönəlsə də, Maradonanın həyatındakı həm qələbələri, həm də mübarizələri balanslı şəkildə göstərmək niyyətindədirlər. Serialın 10–12 seriyadan ibarət olacağı və Netflix və ya Amazon Prime kimi böyük platformalardan birində yayımlanacağı ehtimal olunur.
Hazırda ssenari üzərində iş gedir, rejissor və səs aktyorları barədə rəsmi açıqlama yaxın aylarda gözlənilir.

Qeyd edək ki, Argentina millisinin heyətində 1986-cı il dünya çempionu olan Dieqo Maradona 2020-ci il noyabrın 25-də – tam 5 il bundan əvvəl – ürək tutmasından 60 yaşında vəfat edib. Ölümündən sonra onun adı Buenos Ayresdə stadionlara, küçələrə verilib və dünya miqyasında “D10S” (Tanrı) kimi xatırlanmağa davam edir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər