EvHadisəDİN-dən vətəndaşlara xəbərdarlıq: Bir kliklə dolandırılıb, pulunuzu itirməyin

DİN-dən vətəndaşlara xəbərdarlıq: Bir kliklə dolandırılıb, pulunuzu itirməyin

Rəqəmsal texnologiyaların inkişafı ilə dələduzluq üsulları da getdikcə daha təhlükəli və hiyləgər forma alır. Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək, heç bir halda bank kartı məlumatlarını – PIN, CVV, parol, SMS kod və s. – üçüncü şəxslərə verməməyi tövsiyə edir. Qurumun xəbərdarlığına görə, hətta bank əməkdaşları və ya digər rəsmi təşkilatların nümayəndələri belə bu məlumatları sizdən tələb edə bilməz.

Təhlükə əsasən mesaj və zənglərlə gəlir: “Bankdandır, kodu təcili verin”, “endirim üçün linki paylaşın”, “uğurlu kupon qazanmısınız, kodu göndərin”, “kartınız bloklanacaq – təsdiq üçün linkə keçin”, “hesabınıza pul köçürülüb – qəbul üçün məlumatı daxil edin”, “adınıza kredit sifarişi var, imtina üçün kodu göndərin” kimi şablonlarla vətəndaşlar aldadılır və məlumatları oğurlanır.

Vətəndaşlara tövsiyə olunur:

  • Hər hansı şübhəli mesaj və ya link aldıqda dərhal bankınız və DİN-in “102” Xidməti-Zəng Mərkəzi ilə əlaqə saxlayın.
  • Heç bir halda şübhəli keçidlərə daxil olmayın.
  • Şəxsi məlumatları sosial şəbəkələrdə və ya mesajlaşma tətbiqlərində paylaşmayın.
    Çünki bir yanlış kliklə bank hesabınızdan vəsaitləriniz oğurlana bilər.
Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər