EvİdmanUEFA Çempionlar Liqası: "Çelsi" matçında Bakıda təxminən 800 azarkeş olacaq

UEFA Çempionlar Liqası: “Çelsi” matçında Bakıda təxminən 800 azarkeş olacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”la qarşılaşacaq İngiltərənin “Çelsi” klubunu Bakıda təxminən 800 azarkeş dəstəkləyəcək. Bu barədə Azərbaycan klubunun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

Qonaq komandaya tribunalarda iki sektor ayrılıb. “Çelsi” noyabrın 4-də Bakıya səfər edəcək və paytaxtda görüşdən əvvəl açıq məşq və mətbuat konfransı təşkil olunmayacaq. Baş məşqçi Entso Mareska isə jurnalistlərin suallarını İngiltərədə cavablandıracaq.

Görüş noyabrın 5-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər