10 aprel tarixində Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda elektrik enerjisinin verilməsində müvəqqəti fasilələr gözlənilir.
Daylinews-Az xəbər verir ki, bu barədə məlumatı Naxçıvan MR Dövlət Enerji Xidmətinin mətbuat xidməti yayıb. Qeyd olunur ki, “Gıvraq” 110/35/10 kV-luq yarımstansiyasında ölçü transformatorlarının yoxlanılması ilə bağlı texniki işlər aparılacaq.
Buna görə də saat 10:30-dan 13:00-a qədər Kəngərli rayonunun bütün ərazisində elektrik enerjisinin verilməsi dayandırılacaq.





