EvSiyasətDonald Trampın oğlu prezidentliyə namizəd ola bilər – 2028-ci ilə işarə

Donald Trampın oğlu prezidentliyə namizəd ola bilər – 2028-ci ilə işarə

ABŞ Prezidenti Donald Trampın böyük oğlu Donald Tramp Jr. gələcəkdə ABŞ prezident seçkilərində iştirak edə biləcəyini istisna etməyib. O, bu barədə Qətərin paytaxtı Dohada keçirilən İqtisadi Forum zamanı danışıb.

“Bəlkə də bu çağırış gələcəkdə mənə də toxunar”

Daylinews-az.com-un məlumatına görə, aparıcının 2028-ci il prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı sualına cavab verən Tramp Jr. qeyd edib: “Belə bir sual almaq böyük şərəfdir. Həm də insanların bu ideyaya qarşı olmadığını görmək – bu da şərəfdir. Heç vaxt əmin ola bilməzsən…

“Atam Respublikaçı Partiyanı dəyişdi”

Tramp Jr. fikirlərində MAGA (Make America Great Again – “Amerikanı yenidən böyük edək”) ideyasına sadiq olduğunu vurğulayıb: “Hazırda diqqətim bu hərəkatın dəyərlərinə yönəlib. Məncə, atam Respublikaçı Partiyanı köklü şəkildə dəyişdi. Bu artıq America First (Amerika əvvəlcə) partiyasıdır, MAGA partiyasıdır – necə adlandırırsınızsa…

Kimdir Donald Tramp Jr.?

Donald Tramp Jr. – hazırkı ABŞ prezidentinin böyük oğludur. O, ailəyə məxsus The Trump Organization şirkətində inkişaf və satınalmalar üzrə vitse-prezident vəzifəsini tutur. Eyni zamanda, mühafizəkar dəyərlərə malik startaplara investisiya yönəlik “1789 Capital” adlı risk sərmayə fondunun da ortağıdır.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər