EvŞou-biznesDua Lipa nişanlandığını açıqladı: “Bu hiss çox özəldir”

Dua Lipa nişanlandığını açıqladı: “Bu hiss çox özəldir”

Britaniyalı pop-ulduz Dua Lipa şəxsi həyatında mühüm addım atıb — o, aktyor Callum Turner ilə nişanlandığını rəsmi şəkildə təsdiqləyib. Bu barədə müğənni Vogue jurnalına verdiyi müsahibədə danışıb.

“Mən üzüyə aşiq oldum”

29 yaşlı sənətçinin sözlərinə görə, onun 35 yaşlı sevgilisi bu mühüm hadisəyə çox ciddi hazırlaşıb. Turner, Dua-nın bacısı və yaxın dostları ilə məsləhətləşərək müğənninin zövqünə uyğun ideal nişan üzüyü hazırlatdırıb.

Bəli, biz nişanlanmışıq. Bu, çox həyəcanvericidir. Mən üzüyə aşiq olmuşam. Həyatını bir yerdə keçirməyi planladığın insanın səni bu qədər yaxşı tanıması çox gözəl hissdir. Birlikdə qocalmaq, həyatı birlikdə yaşamaq və daim ən yaxın dost olmaq qərarı — bu, doğrudan da xüsusi bir hissdir”, – deyə Lipa bildirib.

Toya tələsmirlər

Cütlük hələlik toy planlaşdırmır. Hazırda Dua Lipa konsert turundadır, Callum Turner isə yeni filmlərdə çəkilir. Müğənninin sözlərinə görə, onlar sadəcə anın dadını çıxarırlar.

Uzaq məsafədə münasibətlərini qorumaq üçün cütlük şəxsi “qayda” müəyyən edib — bir-birlərindən 2,5 həftədən artıq ayrı qalmamaq. Əgər iş qrafikləri üst-üstə düşməsə və daha uzun müddət ayrı qalmalı olsalar, “bir-birimizi çox darıxırıq”, — deyə Dua etiraf edib.

Dua Lipa və Callum Turner arasındakı romantik münasibətlər barədə ilk xəbərlər 2024-cü ilin yanvarında yayılıb. Onlar birlikdə bir əyləncə gecəsində görüntüləndikdən sonra münasibətlərini getdikcə daha açıq şəkildə nümayiş etdirməyə başladılar və nəhayət, onları rəsmi olaraq təsdiqlədilər.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər