Bu gün 2026-cı il Dünya Çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti görüşlər keçiriləcək. Ümumilikdə, D, F, I və K qruplarında 8 matç təşkil olunacaq.
D qrupu çərçivəsində Azərbaycan millisinin evdə İslandiya ilə oyunu baş tutacaq. Eyni qrupda Fransa öz meydanında Ukrayna komandası ilə qarşılaşacaq. Digər qruplarda isə aşağıdakı oyunlar keçiriləcək:
- F qrupu: Ermənistan – Macarıstan, İrlandiya – Portuqaliya
- İ qrupu: Norveç – Estoniya, Moldova – İtaliya
- K qrupu: İngiltərə – Serbiya, Andorra – Albaniya
Mövcud xal vəziyyətinə nəzər saldıqda:
- D qrupu: Fransa (10 xal), Ukrayna (7 xal), İslandiya (4 xal), Azərbaycan (1 xal)
- F qrupu: Portuqaliya (10 xal), Macarıstan (5 xal), İrlandiya (4 xal), Ermənistan (3 xal)
- İ qrupu: Norveç (18 xal), İtaliya (15 xal), İsrail (9 xal), Estoniya (4 xal), Moldova (1 xal)
- K qrupu: İngiltərə (18 xal), Albaniya (11 xal), Serbiya (10 xal), Latviya (5 xal), Andorra (1 xal)
Qeyd edək ki, Azərbaycan millisinin son iki seçmə mərhələ matçı ölkəmizdə keçiriləcək: bu gün İslandiya, 16 noyabrda isə Fransa ilə qarşılaşacaq.





