Mayın 13-də İsveçrənin Bazel şəhərində keçiriləcək 69-cu “Eurovision” mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq. Bu gecə müəyyən olunacaq: hansı 10 ölkə böyük finala vəsiqə qazanacaq. Azərbaycanı yarışmada Mamagama qrupu təmsil edir.
Azərbaycan səhnədə 10-cu çıxış edəcək
Qrupun tərkibində Asəf Mişiyev, Həsən Heydər və Arif İmanov yer alır. Onlar “Run with U” adlı mahnı ilə çıxış edəcəklər. Kompozisiyada müasir musiqi üslubları Azərbaycan milli musiqi elementləri ilə sintez olunub.
Müsabiqənin canlı yayımı saat 23:00-da İTV-də təqdim ediləcək. Azərbaycan təmsilçisi səhnəyə 10-cu çıxacaq.
Yarımfinalda çıxış ardıcıllığı (13 may)
- İslandiya – VÆB: “RÓA”
- Polşa – Yuştina Steçkovska: “GAJA”
- Sloveniya – Klemen: “How Much Time Do We Have Left”
- Estoniya – Tommi Kaş: “Espresso Macchiato”
- Ukrayna – Ziferblat: “Bird of Pray”
- İsveç – KAJ: “Bara Bada Bastu”
- Portuqaliya – NAPA: “Deslocado”
- Norveç – Kayl Alessandro: “Lighter”
- Belçika – Red Sebastian: “Strobe Lights”
- Azərbaycan – Mamagama: “Run With U”
- San-Marino – Gabriele Ponte: “Tutta L’Italia”
- Albaniya – Shkodra Elektronike: “Zjerm”
- Niderland – Claude: “C’est La Vie”
- Xorvatiya – Marko Boşnyak: “Poison Cake”
- Kipr – Teo Evan: “Shh”
Qaydalar və favoritlər
Yarımfinalda çıxış edən 15 ölkədən yalnız 10-u finala yüksələcək. Qaliblər yalnız tamaşaçı səsi ilə müəyyənləşəcək. Ənənəyə uyğun olaraq, “Böyük Beşlik” ölkələri (Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya) və təşkilatçı İsveçrə birbaşa finala vəsiqə qazanıblar. Onların səhnə çıxışları yalnız nümayiş olunacaq, lakin səsvermədə iştirak etməyəcəklər.
Azərbaycan komanda üzvləri və şərhçilər
“Eurovision-2025”in Azərbaycandakı şərhçiləri müğənni və prodüser Elnarə Xəlilova, həmçinin televiziya və radio aparıcısı Ağa Nədirov olacaq. Müsabiqənin ikinci yarımfinalı 15 mayda, finalı isə 17 mayda keçiriləcək.
Bu ilki yarışmada 37 ölkə iştirak edir. Qara siyahıdan çıxan Monteneqro geri qayıdıb, Moldova isə maliyyə səbəbindən qatılmayıb.





