Fransız “Lyon” futbol klubu maliyyə problemləri səbəbindən rəsmi olaraq Liqa 1-dən aşağı düşərək Liqa 2-də mübarizə aparacaq.
Lyon klubunun bu qərarı almasının səbəbi, maliyyə hesabatlarının pozulmasıdır. L’Équipe-in məlumatına görə, Fransanın Milli Maliyyə Nəzarət və İdarəetmə Direktorluğu (DNCG) bu qərarı klubun böyük borcları və maliyyə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən qəbul edib. Klub ötən il təxminən 500 milyon avro borcunun olduğunu açıqlamışdı.
Lyonun bu qərara qarşı apellyasiya etmək hüququ var. Həmçinin, 2024/25 mövsümündə Lyon Liqa 1-də altıncı yeri tutaraq, komandaya Avropa Liqasına qatılmaq imkanı qazandırmışdı.
Qeyd edək ki, hazırda komanda Portuqaliyalı mütəxəssis Paulo Fonseka tərəfindən idarə olunur. Fonseka, əvvəllər “Şaxtyor”un baş məşqçisi olub. Lyon, Fransanın ən uğurlu komandalarından biridir və yeddi dəfə ardıcıl olaraq Fransız çempionu olub.





