EvTurizmGələn aydan Çinə vizasız səfər edə biləcəyik

Gələn aydan Çinə vizasız səfər edə biləcəyik

Pekində aprelin 23-də imzalanan “Azərbaycan ilə Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” iyulun 16-da qüvvəyə minir. Daylinews-az.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sazişin əsas şərtləri:

  • Azərbaycan və Çin vətəndaşları üçün ümumvətəndaş pasportları ilə hər iki ölkəyə daxil olmaq, tərk etmək və tranzit keçmək hüququ veriləcək.
  • Hər bir səfər müddəti 30 gündən çox olmamalıdır, həmçinin 180 gün ərzində ümumilikdə 90 gün müddətində vizasız qalmaq mümkündür.

Sazişin qüvvəyə minməsi üçün dövlətdaxili prosedurlar artıq tamamlanıb.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər