EvTexnologiyalarGələn ilin yayında Xəzər dənizinin dibindən fiberoptik kabel çəkilişinə başlanacaq

Gələn ilin yayında Xəzər dənizinin dibindən fiberoptik kabel çəkilişinə başlanacaq

Qazaxıstandan Azərbaycana Xəzər dənizinin dibi ilə fiberoptik kabel layihəsinin icrasına 2026-cı ilin yay aylarında start veriləcək. Bu barədə jurnalistlərə açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov məlumat verib.

Əsədov bildirib ki, 2026-cı ilin sonuna qədər kabelin çəkilişi tam başa çatdırılaraq istifadəyə veriləcək:

“Xəzər dənizində kabelin keçirilməsi nəzərdə tutulan dibi detallı şəkildə analiz etmişik. Tezliklə layihəni həyata keçirən şirkət tərəfindən operatorlara və digər iştirakçılara müvafiq hesabat təqdim olunacaq. Fiberoptik kabelin istehsalı da artıq başlanıb və 2026-cı ilin yayına qədər bitiriləcək.”

Bu layihə regionda kommunikasiya imkanlarının inkişafına əhəmiyyətli töhfə verəcək və ölkələr arasında data ötürmə sahəsində yeni imkanlar yaradacaq.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər