Bölgə təmsilçisindən məlumata görə, “Gəncə” basketbol komandası ABŞ-dən olan Erik Koupsu mövsümün sonuna qədər heyətində saxlayacaq. Təcrübəli oyunçu daha əvvəl Albaniya, Gürcüstan, Rumıniya, Macarıstan, Kosovo və İsraildə çıxış edib. Erik Koupsun son mövsümü “Elitzur Yavne” (İsrail) klubunda keçib.





