Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Qəbələ rayonu Aydınqışlaq kəndində 120 kvadratmetr sahəsi olan birmərtəbəli və 5 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı tikilinin bitişik talvarı və ətrafdakı digər tikililər yanğından qorunub. Hadisəyə dərhal reaksiya verən yanğınsöndürənlər stasionar şəkildə yanğını söndürərək vəziyyəti nəzarət altına alıblar.





