İyunun 18-də Günəş səthində X sinfinə aid güclü partlayış qeydə alınıb. Bu, son üç həftə ərzində müşahidə olunan ilk yüksək güclü partlayış olub. Daylinews-az.com xəbər verir ki, bu barədə məlumat TASS agentliyinə Günəş Aktivliyinin Müşahidə Mərkəzi tərəfindən verilib.
“Günəşdə X1.3 sinfindən olan partlayış qeydə alınıb və faktiki olaraq bu, son üç həftədə ilk belə güclü partlayışdır”, – deyə mərkəzdən bildirilib.
İnstitutun verdiyi məlumata görə:
- Partlayışın vaxtı: Moskva vaxtı ilə 00:49 (Bakı vaxtı ilə 01:49)
- Gücü: X1.2
- Davametmə müddəti: 16 dəqiqə
Günəş partlayışları necə təsnif olunur?
Günəşdəki rentgen partlayışları beş əsas sinfə bölünür: A, B, C, M və X.
- A0.0 sinfi Yer orbitində 1 kvadratmetrə 10 nanovatt (nVt) gücündə şüalanmaya uyğundur.
- Hər bir növbəti hərf sinfi əvvəlki ilə müqayisədə 10 dəfə daha güclüdür.
- X sinfi – ən güclü partlayışlardır və Yer üzərində maqnit qasırğalarına, radiorabitə pozuntularına səbəb ola bilər.
Bu tip partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur. Plazma buludlarının Yerə çatması nəticəsində geomaqnit fəallıq və qasırğalar ehtimal olunur.





