Hipertoniyanın qarşısını almaq üçün xüsusi pəhriz mövcuddur və gündəlik rasionunuza bəzi məhsullar əlavə etməklə təzyiqi nəzarətdə saxlamaq mümkündür.
Düzgün qidalanma hipertoniyaya qarşı güclü vasitədir. Bəzi insanlar üçün rasiondakı dəyişikliklər təzyiqi dərmansız salmağa və ya onların qəbulunu minimuma endirməyə kömək edir. Burada əsasən lif, omega-3 yağ turşuları, antioksidantlar, D vitamini və kalsium, kalium, maqnezium kimi vacib minerallar olan məhsullar nəzərdə tutulur. Onlar ürək-damar sisteminə və qan təzyiqinə müsbət təsir göstərir.
Təzyiqi normallaşdıran məhsullar
- Yoğurt
Təbii və ya yunan yoğurdu kalsium, maqnezium və kaliumla zəngindir. Meyvə və ya qoz-fındıqla birlikdə qəbul etmək faydalıdır. - Giləmeyvə
Moruq və çiyələk damarları qoruyan antosianlarla zəngindir. Onları sıyığa, yoğurta əlavə etmək və ya ayrıca yemək olar. - Çuğundur
Nitratla zəngindir, orqanizmdə azot oksidinə çevrilərək damarları rahatladır. Çuğunduru salatda, bişmiş şəkildə və ya şirə kimi qəbul etmək olar. - Yaşıl tərəvəzlər
İspanaq, kələm və digər yarpaqlı göyərtilər nitratla zəngindir və qan dövranını yaxşılaşdırır. - Balıq
Somon və skumbriya omega-3 yağ turşuları və D vitamini ilə zəngindir, ürək və damar sağlamlığını dəstəkləyir. - Tam taxıllar
Yulaf, kinoa və qarabaşaq liflə zəngindir, “pis” xolesterini azaldır və qan təzyiqini tənzimləyir. - Fıstıq
Duzsuz fıstıq təzyiqi normallaşdırır və rasiona müxtəliflik qatır. - Banan
Kaliumla zəngindir, natriumun artıq hissəsini çıxarır və damarların rahatlamasına kömək edir. Göbələk, lobya və avokado da faydalıdır. - Kivi
Antioksidant və vitaminlərlə zəngindir, təzyiqin azalmasına yardım edir. Təzə halda və ya salatlarda istifadə etmək olar.
Araşdırmalara görə, 20–40 yaş arasında hər on nəfərdən biri, 50–60 yaş arasında isə hər beş nəfərdən biri yüksək təzyiqdən əziyyət çəkir. Dünyada isə hər üç yetkin insandan biri hipertoniyaya məruz qalır.





