1 iyun tarixində Bakıda keçirilən Mini-futbol üzrə dünya çempionatı-2025-in final matçı ilə möhtəşəm şəkildə başa çatdı. Azərbaycan millisi doğma azarkeşlər qarşısında çempionluq titulunu qazandı.
Finalda parlaq qələbə
Qrup və pley-off mərhələlərini inamla keçən Elşad Quliyevin komandası həlledici görüşdə Macarıstan yığması üzərində 4:2 hesablı qələbə qazanaraq dünya çempionu adını qazandı. Turnir boyu parlaq oyun nümayiş etdirən millimiz 21 maydan 1 iyuna qədər davam edən yarışda aşağıdakı rəqibləri məğlub etdi:
- 1/8 final: Azərbaycan – Rumıniya – 1:1 (pen. 2:1)
- 1/4 final: Azərbaycan – İngiltərə – 2:1
- Yarımfinal: Azərbaycan – Monteneqro – 2:1
- Final: Azərbaycan – Macarıstan – 4:2
Bürünc medal uğrunda matçda isə Serbiya Monteneqronu 3:0 hesabı ilə məğlub etdi.
Turnirin əsas mərhələləri və nəticələri:
1/8 final:
- İngiltərə – Bolqarıstan – 2:2 (pen. 3:1)
- Portuqaliya – Macarıstan – 2:3
- Azərbaycan – Rumıniya – 1:1 (pen. 2:1)
- Fransa – Mavritaniya – 0:1
- Monteneqro – Polşa – 1:0
- Bosniya və Herseqovina – Tailand – 3:1
- Çexiya – İsrail – 4:1
- Serbiya – Gürcüstan – 3:2
1/4 final:
- Macarıstan – Mavritaniya – 1:0
- Monteneqro – Çexiya – 1:0
- İngiltərə – Azərbaycan – 1:2
- Bosniya və Herseqovina – Serbiya – 0:5
Yarımfinal:
- Azərbaycan – Monteneqro – 2:1
- Macarıstan – Serbiya – 0:0 (pen. 3:1)
Final:
- Azərbaycan – Macarıstan – 4:2
Üçüncü yer:
- Serbiya – Monteneqro – 3:0





