Evİdmanİslamiadada Azərbaycan idmançıları bu gün dörd növdə mübarizə aparacaq

İslamiadada Azərbaycan idmançıları bu gün dörd növdə mübarizə aparacaq

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün Azərbaycan idmançıları müxtəlif idman növlərində medal uğrunda çıxış edəcək.

Qadınlardan ibarət 3×3 basketbol millisi yarımfinalda Misir komandası ilə qarşılaşacaq və finala doğru vacib addım atmağa çalışacaq.

Atletika yarışlarında Əlhəm Nağıyev 200 metr qaçışda, Azərbaycan estafet komandası isə 4×100 metr məsafəyə çıxacaq.

Qılıncoynatmanın sablya növündə ölkəmizi Maqsud Hüseynli və Saleh Məmmədov təmsil edəcək.

Güləş yarışlarında Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) xalça üzərinə çıxacaq, qadın güləşçilərdən isə Elnurə Məmmədova (50 kq), Gültəkin Şirinova (53 kq) və Jalə Əliyeva (57 kq) mübarizəyə qatılacaqlar.

Xatırladaq ki, İslam Həmrəyliyi Oyunları noyabrın 21-də yekunlaşacaq. İndiyə kimi Azərbaycan milli komandası 5 qızıl, 15 gümüş və 26 bürünc olmaqla 46 medal toplayıb və ümumi medal sıralamasında onuncu pillədə qərarlaşıb.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər