EvDünyaİsrail Tehranın mərkəzində hökumət obyektlərini hədəfə alıb

İsrail Tehranın mərkəzində hökumət obyektlərini hədəfə alıb

İsrail Müdafiə Qüvvələri (IDF) İranın paytaxtı Tehranda yerləşən hökumət obyektlərinə və İran hakimiyyəti ilə əlaqəli hədəflərə güclü zərbələr endirməyə başlayıb.

Daylinews-az.com-un “Times of Israel” nəşrinə istinadla verdiyi məlumata görə, bu barədə İsrailin müdafiə naziri İsrael Kats açıqlama verib.

Nazir bildirib ki, İsrail tərəfi Tehranın mərkəzində yerləşən strateji hökumət obyektlərini hədəfə alaraq misli görünməmiş intensivlikdə hava hücumlarına start verib.

“İsrail Müdafiə Qüvvələri İran hakimiyyəti ilə əlaqəli hədəflərə və Tehranın mərkəzində yerləşən hökumət obyektlərinə misli görünməmiş güclü silsilə zərbələr endirməyə başlayıb”, – deyə İsrael Kats bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda hücumların miqyasını və vurulan ziyanın ölçüsünü əks etdirən fotoşəkillər ictimaiyyətə təqdim olunacaq.

İsrailin müdafiə naziri həmçinin qeyd edib ki, ölkənin arxa cəbhəsinə atılan hər bir raketə görə İran tərəfi sərt şəkildə cəzalandırılacaq:
“Biz cəbhə arxasını qorumaq və düşmən üzərində qələbə qazanmaq üçün tam intensivliklə fəaliyyət göstərməyə davam edəcəyik”.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər