Fransa milli komandasının futbolçusu Kilian Mbappe komandanın son məşqində iştirak etməyib. Tutto Mercato”ya istinadən yaydığı xəbərə görə, hücumçu zədələndiyi üçün hazırlıq prosesi zamanı məşqlərə qatılmayıb.
İspaniyanın “Real” klubunda oynayan forvard La Liqa oyununda “Vilyarreal”a qarşı (3:1) qələbədə zədə alıb və bu səbəbdən milli komandanın məşqlərində iştirak edə bilməyib.
Qeyd edək ki, Fransa millisi Dünya Çempionatı-2026-nın seçmə mərhələsində növbəti oyununu oktyabrın 10-da Bakı vaxtı ilə saat 22:45-də “Park de Prens” stadionunda Azərbaycan yığması ilə keçirəcək.





